(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
|
|
| 93 - əz-Zuha |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
![]() |
|
|||||||||||||||||
| 1. | And olsun səhərə; |
| 2. | And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, |
| 3. | (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. |
| 4. | Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! |
| 5. | Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne'mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! |
| 6. | Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! |
| 7. | Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! |
| 8. | Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! |
| 9. | Elə isə yetimə zülm etmə! |
| 10. | Dilənçini də (qapıdan) qovma! |
| 11. | Və (həmişə) Rəbbinin sənə olan ne'mətindən söhbət aç! |
