(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
|
|
| 99 - əz-Zilzal |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
![]() |
|
|||||||||||||||||
| 1. | Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; |
| 2. | Yer öz yükünü çıxardıb atacağı zaman; |
| 3. | İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman - |
| 4. | Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - |
| 5. | Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! |
| 6. | O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). |
| 7. | Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). |
| 8. | Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). |
