(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
![]() ![]() |
101 - əz-Qariə |
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
![]() ![]() ![]() ![]() |
|
1. | Ürəkləri dəhşətə salan qiyamət! |
2. | Nədir qiyamət?! |
3. | Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! |
4. | O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq); |
5. | Dağlar isə didilmiş yun kimi olacaqdır! |
6. | (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə, |
7. | (Cənnətdə) xoş güzəran içində olacaq! |
8. | Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə, |
9. | Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! |
10. | Sən nə bilirsən ki, o (Haviyə) nədir?! |
11. | O çox qızmar bir atəşdir! |